Mənəvi əxlaqsızlığın zirvəsi - "Uşağın nənəsi 4 manat verib, üzünə çırpırlar ki, bu nədir, azdır"
6-10-2016, 18:51
Bakıda yerləşən 5 saylı xəstəxananın yanıq mərkəzində müalicə alan 2 yaşlı Allahverdiyev Elmir Elvin oğlunun valideynləri tibb müəssisəsində onlara olan münasibətdən narazıdırlar.
Körpənin anası Günel Əliyevanın Ölkə.Az-a verdiyi məlumata görə, onlardan rüşvət tələb olunur:
"Dünən uşağın nənəsi 4 manat verib, üzünə çırpırlar ki, bu nədir, azdır. Bizim də imkanımız çatmır".
Qeyd edək ki, körpəyə qan vermək, kömək etmək üçün 055 270 67 06 nömrəsiylə əlaqə saxlaya bilərsiniz.