Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun!
7-10-2016, 09:41
Facebook-da yayılmış yeni virus bir çoxlarını narahat etməyə başlayıb. Belə ki, bu virus vasitəsilə hackerlər həm sizin şəxsi məlumatlarınızı əldə edir, həm də sizin dostluğunuzdakı şəxslərə viruslu mesajlar göndərə bilirlər.
Belə ki, siz bu virusu e-mail vasitəsilə və ya bildiriş şəklində ala bilərsiniz. teref.az technote.az- a istinadən yazır ki, ilk baxışda Facebook yenilənməsinə oxşayan məktub sizin şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurulmuş tələdir.
Belə ki, şəkildən də göründüyü kimi burda sizdən e-mail adresiniz və ya telefon nömrəniz, həmçinin şifrə və doğum tarixiniz haqda məlumatı daxil etməyiniz xahiş olunur. Bununla sizin şəxsi məlumatlarınızın daha təhlükəsiz hala gətirilməsi haqda məlumat verilir. Siz məlumatı daxil etdiyiniz halda hesabınız virusla yoluxacaq.
Mümkün qədər bilmədiyiniz mənbədən və ya şübhə yaradan mesajlardan uzaq durun və öz şəxsi məlumatlarınızı əmin olmadığınız qaynaqlarda paylaşmayın.