Nokia güllənin qarşısını aldı və sahibi xilas etdi

7-10-2016, 09:44           

Mobil telefonlar qəribə olsa da həyat qurtarmağa davam edirlər.

Mobil telefonların ən sağlamı, yox edilməzi və bu sahənin mübahisəsiz ən unudulmaz modeli 3310 artıq pensionerdir. teref.az technote.az-a istinadən yazır ki, ancaq 3310-un nəvələri, dayanıqlılıq barədə əllərindən gələni edərək rəisi qürurlandırmağa davam edirlər.
İşin zarafatı bir yana qalsın, bu tərzdə xəbərlərin sayı heç də az deyil. Daha əvvəllərdə oxşar xəbərlərlə qarşılaşmışıq. Bu dəfə onlara bir yenisi də əlavə olunub.
Nokia Lumia-nın developer komandasında işləmiş olan "Microsoft" işçilərindən Piter Skillman, rəsmi Twitter hesabından paylaşdığı şəkil ilə sahibi güllədən qoruyan Nokia Lumia cihazını göstərir.
Əfqanıstanda baş verən atışmalar zamanı güllə hədəfə deyil telefona dəyir və beləliklə Nokia Lumia onun həyatını xilas edir.
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.