Nyu-York Səhiyyə Departamenti yeni meymunçiçəyi ştammının ilk yoluxma halını təsdiqlədi

Bu gün, 17:14           
Nyu-York Səhiyyə Departamenti yeni meymunçiçəyi ştammının ilk yoluxma halını təsdiqlədi
Nyu-York Ştatının Səhiyyə Departamenti çərşənbə axşamı yeni meymunçiçəyi (mpox) ştammının ilk yoluxma halını təsdiqləyib. Bu xəbər, az tanınan variantın yayılması ilə bağlı qlobal narahatlıqları daha da artırıb.

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) məlumatına görə, ölkədə Kaliforniya, Corciya və Nyu-Hempşir ştatlarında üç təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Qurumun bildirdiyinə görə, bu üç hal bir-biri ilə əlaqəli deyil.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. Bu qərar, Konqo Demokratik Respublikasında baş verən və qonşu ölkələrə yayılan virus epidemiyasından sonra avqust ayında verilib.

Nyu-York Ştatının Səhiyyə Departamenti bu yoluxma halı ilə bağlı əlavə məlumat verməkdən imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.