KİV: Hindistandakı təyyarə qəzasında 310-dan çox insan ölüb

13-06-2025, 11:14           
KİV: Hindistandakı təyyarə qəzasında 310-dan çox insan ölüb
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə "The New Indian Express" polis mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, polis qəzaya uğrayan təyyarənin göyərtəsində olan 240-dan çox insanın öldüyünü təsdiqləyib. Daha 75 nəfər təyyarənin hava limanı yaxınlığında qəzaya uğradığı yerdə ölüb.

20:06
“Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğramasına hər iki mühərrikin dayanması səbəb ola bilərdi.

“Report” xəbər verir ki, bu barədə Hindistanın “News 18” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki mühərrik sıradan çıxdıqdan sonra pilot aviadispetçerlərə qəza siqnalı göndərib.

“Reuters” agentliyinin məlumatına görə, insident nəticəsində təyyarədə və yerdə 290-dan çox insan ölüb.

Təyyarənin qəzaya uğradığı yerdə fövqəladə xidmətlər işlərini davam etdirir. Qara qutuların tapılması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, bu gün “Boeing” təyyarəsi havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl pilotlar qəza siqnalı göndərə biliblər.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və göyərtə bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru