Salonda səssizlik kapot altında taqqıltıya çevrilir: Kondisionerlə başlayan xəta

13-06-2025, 15:27           
Salonda səssizlik kapot altında taqqıltıya çevrilir: Kondisionerlə başlayan xəta
Yay aylarında avtomobildə kondisioner əsas rahatlıq mənbəyidir. Lakin mühərrik işə düşən kimi A/C düyməsini basmaq - avtomobil sahiblərinin tez-tez buraxdığı, lakin bahalı nəticələrə gətirib çıxaran ciddi səhvdir.

Pravda.ru-nun avtomobil mütəxəssisləri bu barədə danışıblar.

Onların sözlərinə görə, belə vərdiş mühərrikdə erkən aşınma riski yaradır. Belə ki, mühərrik ilk işə düşəndə yağ hələ tam qızmamış olur, detallar arasında lazımi sürtünmə qoruması formalaşmır. Bu anda kondisionerin kompressorunun qoşulması mühərrikə əlavə və qəfil yük yaradır.

Nəticə nə ola bilər?

- Diyircək və porşenlər "quru" işləyir;

- Sürtünmə və temperatur artır;

- Aşınma sürətlənir;

- Vaxtından əvvəl nasazlıqlar və mühərrikdə "səs" problemi baş verir.

Uzunmüddətli nəticədə isə bu, mühərrikin əsas elementlərinin sıradan çıxmasına və bahalı təmirə səbəb ola bilər.

Bəs nə etməli?

- Mühərriki işə saldıqdan sonra 30-60 saniyə gözləyin;

- Yalnız bundan sonra kondisioneri aktivləşdirin;

- Səfərin sonuna yaxın isə kondisioneri söndürün ki, sistem qurusun və salonda pis qoxu yaranmasın.

Ekspertlər bildirirlər ki, cəmi bir dəqiqəlik gözləmə mühərrikin ömrünü xeyli uzada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru