Bu da dünyanın ən böyük amfibiya təyyarəsi - Nələrə qadirdir?
Dünən, 10:24
Çində yaradılmış dünyanın ən böyük "AG600" amfibiya təyyarəsinin kütləvi istehsalına başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, 11 iyun tarixində "AG600" istehsal lisenziyası alıb və rəsmi olaraq serial istehsal mərhələsinə daxil olub.
Amfibiya təyyarənin uzunluğu 38,9 m, hündürlüyü 11,7 m, qanadlarının uzunluğu 38,8 m-dir. "AG600"ün maksimal uçuş çəkisi 60 ton, maksimal praktiki uçuş məsafəsi isə 4,5 min km-ə çatır.
Təyyarənin yanğınların söndürülməsi və su üzərində xilasetmə əməliyyatlarının aparılması üçün istifadə edilməsi planlaşdırılır. Həmçinin dəniz mühitinə, sərnişin və yük daşımalarına nəzarət, mineral yataqların kəşfiyyatı üçün əlavə avadanlıqlarla təchiz edilə bilər.