Hindistanda qırıcı təyyarə qəzaya uğradı, ölən və yaralı var FOTO

Bu gün, 07:13           
Hindistanda qırıcı təyyarə qəzaya uğradı, ölən və yaralı var  FOTO
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Racastan ştatında qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, Hindistan mətbuatının məlumatına görə, hadisə yerli vaxtla saat 13:25 radələrində baş verib.

Təyyarə Çuru dairəsinin Bxanoda kəndindəki əkin sahəsinə düşüb. Qırıcıda iki pilot olub. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

Hadisə yerində fövqəladə xidmətlər və yerli hakimiyyət nümayəndələri çalışırlar. Qəzanın səbəbləri araşdırılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.