İndoneziyada dəhşətli hadisə baş verib. Nəhəng piton bir nəfəri diri-diri udub.
Bu barədə REN TV xəbər verir.
Hadisə 61 yaşlı fermerin mal-qarasını yemləmək və plantasiyada işləmək üçün evdən çıxmasından sonra baş verib. Onun itkin düşdüyü iki gün ərzində heç kim kişidən xəbər ala bilməyib.
Yerli sakinlər fermanın yaxınlığında qeyri-adi dərəcədə enli və 4-5 metr uzunluğunda bir piton görüblər. Şübhələnən kəndlilər ilanı öldürərək qarnını yardıqda, fermerin cansız bədəni onun içərisindən çıxıb.