İki nəfər termosa görə kor oldu, minlərlə məhsul geri çağırılır - ABŞ-də inanılmaz hadisə

Bu gün, 12:18           
İki nəfər termosa görə kor oldu, minlərlə məhsul geri çağırılır - ABŞ-də inanılmaz hadisə
ABŞ-nin pərakəndə satış nəhəngi "Walmart" təxminən 850 min paslanmayan poladdan hazırlanmış termosu təhlükə yaratdığına görə geri çağırır.

"Haber Global"ın verdiyi məlumata görə, ABŞ İstehlakçı Məhsulları Təhlükəsizlik Komissiyası (CPSC) bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, bu məhsullar ciddi zədə və partlayış riski daşıyır. Artıq iki nəfərin bu termoslara görə görmə qabiliyyətini itirdiyi məlum olub.

"Walmart" mağazalarında satılan "Ozark Trail 64 oz" termosunun qapaqları açılarkən istifadəçinin üzünə sıçrayır, bu isə ciddi travmaya səbəb olur. İndiyədək üç nəfərin bu səbəbdən xəsarət aldığı bildirilib, onlardan ikisi tamamilə kor olub.

Şirkət sözügedən termoslardan istifadə edən istehlakçılara məhsulu dərhal istifadə etməyi dayandırmağı və tam ödənişlə geri qaytarmaq üçün müraciət etməyi tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.