İtaliyada kişinin təyyarənin mühərrikinə düşərək ölməsinin görüntüləri yayıldı

Bu gün, 15:14           
İtaliyada kişinin təyyarənin mühərrikinə düşərək ölməsinin görüntüləri yayıldı
İtaliyanın Milan şəhərində yerləşən "Malpensa" beynəlxalq hava limanında baş verən dəhşətli hadisənin görüntüləri yayılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, həmin vaxt kişi təyyarənin havaya qalxmasına az qalmış naməlum səbəbdən uçuş-enmə zolağına daxil olaraq mühərrikə yaxınlaşıb və nəticədə güclü hava axını onu mühərrikə çəkib.
Həmin şəxs hadisə yerindəcə həyatını itirib. Hadisənin səbəbləri hələlik araşdırılır. İtaliya polisi və hava limanı təhlükəsizlik xidməti insidentlə bağlı araşdırma başladıb. Ölən şəxsin kimliyi və onun uçuş-enmə zolağına necə daxil olduğu barədə rəsmi məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.