London yaxınlığında təyyarə qəzaya uğrayıb

Bu gün, 15:13           
London yaxınlığında təyyarə qəzaya uğrayıb
Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanından havaya qalxan kiçik təyyarə qəzaya uğrayıb.

Bu barədə “Daily Mail” nəşri xəbər verir.

Qeyd olunub ki, “Beechcraft B200” biznes-jeti yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) havaya qalxıb və Niderlandın Lelystad şəhəri onun təyinat yeri kimi göstərilib.

İki mühərrikli turbovintli təyyarənin göyərtəsində neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur.

Britaniya mediası və sosial şəbəkələri hadisə yerində böyük yanğının və qara tüstü buludlarının fotolarını dərc edir.

Esseksdə yerləşən Sautenddən bütün uçuşlar ləğv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.