Fransada məhbus həbsxanadan çantada çıxarıldı

Bu gün, 09:49           
Fransada məhbus həbsxanadan çantada çıxarıldı
Fransanın cənub-şərqindəki həbsxanadan 20 yaşlı məhbus cəzasını çəkdikdən sonra sərbəst buraxılan kamera yoldaşının içərisində əşyaları olan çantasında gizlənərək qaça bilib.

Bu barədə Oxu.Az Fransanın BFMTV kanalına istinadən xəbər verir.

Qaçış hadisəsi ertəsi gün, iyulun 12-də Korba həbsxanasının rəhbərliyi tərəfindən aşkar edilib. Hazırda qaçan şəxsin axtarışı aparılır.

Fransız gənc insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqəyə görə istintaq altında olub.

Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb. Onun rəhbəri Sebastien Kovelin BFMTV-yə verdiyi məlumata görə, bu, çox nadir haldır və bir sıra ciddi pozuntuların olduğunu göstərir. Onun sözlərinə görə, bu pozuntular səhvlərin toplanmasının nəticəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.