Qadın itləri bıçaqladı: bir pitbul tələf oldu, sahibi və balası yaralandı
Bu gün, 11:24
Moskvada gəzinti zamanı gənc qadın bıçaqla itlərə hücum edib. Hadisə paytaxtın Cənubi Butovo rayonunda baş verib.
32gun.az xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.
İlkin məlumata görə, 38 yaşlı kişi biri balaca olmaqla üç pitbull cinsli itlə gəzməyə çıxıb. Eyni vaxtda gənc qadın isə öz staforşir teryeri ilə gəzirmiş. Kişinin sözlərinə görə, pitbull yad itə yaxınlaşaraq onu iyləmək istəyib. İtlər arasında heç bir aqressiya olmayıb.
Lakin qadın dərhal bıçaq çıxararaq pitbulla zərbələr endirib. Yaralanan it ölüb. Hadisəyə cəlb olunan balaca it də xəsarət alıb. Kişi bildirib ki, qadın ona da bıçaqla zərbə endirib.
Zərərçəkən şəxs deyir ki, qarşı tərəfə heç bir cəza verilməyib. Yaralı balaca pitbullun müalicəsinə isə 200 min rubl xərclədiyini qeyd edib.
Qadının polis tərəfindən sərbəst buraxıldığı, cəzalandırılmadığı bildirilir.
Teryerin sahibi isə öz versiyasını irəli sürərək deyib ki, pitbull onu dişləyib və o, sadəcə özünü müdafiə edib.