Bakıda bu ərazilərdə söküntü işləri aparılacaq -Video

6-06-2015, 17:12           
Bakıda bu ərazilərdə söküntü işləri aparılacaq -Video
Bü günə qədər paytaxtda qanunsuz şəkildə tikilən 44 villa sökülüb.Onların yerində isə yaşıllıqlar salınır.Jurnalistlərə açıqlama verən Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qeyri-qanuni villaların sahiblərinə növbəti dəfə xəbərdarliq edib. Hacıbala Abutalıbov binaların üzlənmə prosesinin yekunlaşacağı vaxtı və mərkəzi hissədə söküləcək yerlərin adlarını da açıqlayıb.

Paytaxtın Səbail rayonu ərazisindəki Dostluq parkında, sökülən villaların yerində ağacəkmə kampanıyası davam edir..

İşçilərlə birlikdə ağac əkən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlaamasında bildirib ki, şəhərdəki bütün qanunsuz villalar söküləcək.

Bu arada Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının isə təhvil verilmə vaxtı müəyyənləşib.

Binaların üzlənməsindən də danışan Hacıbala Abutalıbov bildirilib ki,İyun ayının 10-na kimi bütün işlər yekunlaşacaq. Bundan başqa zərərli maddələrlə çirklənmiş Zığ gölü qurudulacaq, təmizlənməsi mümkün olan digər göllərdə isə istirahət mərkəzləri salınacaq.

Bakı merinin sözlərinə görə Sovetski , Papanin, Xutor kimi tanınan ərazilərdə də söküntü işləri davam etdiriləcək.5 mərtəbə dairəsindən Nizami küçəsinə kimi olan ərazidəki bütün tikililərin sökülməsi nəzərdə tutulur.Söküntü aparılan əksər yerlərdə isə yaşıllıqlar salınacaq.

moderator az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.