Qan Donorları arasında I Açıq Futbol Çempionatının açılış mərasimi olub.FOTO

6-06-2015, 18:30           
Qan Donorları arasında  I Açıq Futbol Çempionatının açılış mərasimi olub.FOTO
teref.az:Iyunun 6-da Azərbaycan Kikboksinq Federasiyası və “LAYF” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Türk Futbol Klubunun meydançasında Qan Donorları arasında I Açıq Futbol Çempionatının açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev turnir iştirakçılarıa qan xəstəliyindən əziyyət çəkən insanlara dəstək verdikləri üçün təşəkkürünü bildirib: “Hazıda bu layihə sayəsində qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan sağlamlığına qovuşması üçün faydalanacaq. Onlara mənəvi dəstəyiniz xəstəliklərlə mübarizədə bu insanlara dəstək olacaq, yaşamaq eşqini artıracaq”. Toyota Şirkətinin Azərbaycan Nümayəndəliyinin baş direktoru Mustafa Abbasbəyli isə çıxışında “LAYF” Xeyriyyə İctimai Birliyinin yarandığı gündən indiyədək könüllü donorların cəlb edilməsiylə bağlı gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi cəmiyyətdə insanların maariflənməsinə, verəcəyi qanın kiməsə həyat bəxş etməsinin önəmini və diqqətdə saxlanmasını öyrədəcək. “Verəcəyiniz hər damla qan həyat deməkdir. Bu bir damlanı onun yolunu gözləyənlərdən əsirgəməyin. Təmənnasız verdiyiniz qan, təmənnasız veriləcək”-deyə, o, bildirib. Tədbirin sonunda “LAYF” Xeyriyyə İB-in icraçı direktoru Emil Vəliyev tədbir iştirakçılarına donorluq etdikləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsində ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər, eyni zamanda təşkilatı dəstək vermələri ilə yanaşı kollektivləriylə birgə donor olaraq qan vermə kompaniyalarında da iştirak ediblər. “14 iyun Ümumdünya Qan Donorlari günü münasibətiylə qan donorları arasında iyunun 6-dan 12-dək keçirdiyimiz futbol turniri əhalinin maariflənməsi, qan xəstələrinin isə cəmiyyətin onlara etinasız qalmadıqlarını, daim diqqət göstərildiyini hiss etmələri üçündür. Futbol turnirində 16 qan donoru olan komandalar iştirak edir. Bu komandalar Azərbaycan Kiqboksinq Federasiyasi daxil olmaqla “Toyota Baku” Şirkəti, “Atəşgah Sığorta”, “Bakı Metropoliteni” QSC, “NetFrame” MMC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Standart İnsurance” Sığorta şirkəti, “Parabank” ASC-nin Yasamal filialı, “Nikoyl bank” ASC, “Murov” Ekstremal İdman Klubu, “Paşa” Sığorta, “City Hospital”, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Diaspor Jurnalistləri” Birliyi, Mr.Fix MMC, LAWYERS UNITED” Hüquqçulardan ibarət komandalar iştirak edirlər. Futbol turnirinin həyata keçirilməsinin məqsədi mütəmadi qan donirluğunu və sağlam həyat tərzinin təbliğidir”-deyə, o bildirib. Çempionatda iştirak edən bütün komandalar Qan Donorları Arasında I Açıq Çempionatda iştiraklarına görə plaketlərlə təltif olunublar.



Zəruri Qeyd: Qan donoru olmaq istəyənlərdən www.layf.az səhifəsinə daxil olaraq elektron anket fomrasını doldurmalarını və ya (055) 310 -90-74 (012) 441-21-64 telefon nömrələri Ilə əlaqə saxlamaları xahiş edilir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.