Füzulidə dəhşətli qəza- 8 piyadanı vurdu, biri öldü+Yenilənib

7-06-2015, 06:21           

Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.


“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bala Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb.

“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.

Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir.

Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.

***

Qəzada ölən şəxsin kimliyi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Quliyev İlkin İdris oğludur. İlkin qəzadan bir ay əvvəl ailə həyatı qurubmuş.

***

Qəzada yaralanan daha bir nəfər-Kərimov Babək Arif oğlu da aldığı çoxsaylı xəsarətlər nəticəsində xəstəxanada keçinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.