Avropa Oyunlarının məşəli Bakıda FOTOLAR YENİLƏNDİ

7-06-2015, 15:19           

Ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra nəhayətki Bakıya gəlib.

Avropa Oyunlarının məşəli Neft daşlarından dəniz vasitəsilə paytaxta gətirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev məşəli Dənizkənarı Milli Parkda qəbul edib. Məşəli prezidentə neftçi Mahir Nuriyev təqdim edib. Keçirilən tədbirdə ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Məşəl paytaxt sakinləri və qonaqların böyük coşqusu ilə qəbul edilib. Alqış sədaları altında ölkə başçısı İlham Əliyev məşəli İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib.
....
Artıq məşəl Neftçilər prospekti ilə ( bulvar yanı) hərəkət edir! Məşəli Azərbaycanın xalq artisti Arif Babayev aparır.

Qeyd edək ki, tədbir hazırda da davam edir














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.