Atletlər kəndində baş vermiş qəzanın görüntüləri yayıldı (VİDEO)

12-06-2015, 11:55           

Sürətlə gələn avtobus səkidə gedən bir neçə nəfəri vurur və dayanmır

İyunun 10-da Bakı şəhərində I Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 idmançı yaralanıb. Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub. Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, 15 yaşlı Vanessa Sahinovic və Luna Pajerdir. Hər üçü üzgüçüdür, 15 yaşları var. Meydan TV həmin qəzanın videogörüntülərini təqdim edir. Görüntülərdən məlum olur ki, avtobus qəzanı törədir və dayanmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.