“20 yanvar dairəsində” dava: Yenə nəqliyyat “qoçuları” - VİDEO
13-06-2015, 20:12
Nəqliyyat müfəttişlərinin növbəti dəfə özbaşınalığı.
Hadisə "20 yanvar dairəsi" ərazisində baş verib. Bu barədə AzadXeber.az-a oxucumuz tərəfindən video göndərilib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobilini saxlar-saxlamaz mülkü geyimli bir neçə şəxs sürücünün üzərinə hücum ediblər. Elə bu an aralarında mübahisə yaranıb. Onlar əl-qol hərəkətlərindən istifadə edərək sürücüyə qarşı təzyiq göstəriblər. Daha sonra ətrafdakı vətəndaşların müdaxiləsi ilə tərəfləri ayırmaq mümkün olub.
Həmin videonu sizə təqdim edirik. [media=https://www.youtube.com/watch?v=htutn6pXJQM]