Nazir Rusiya və Ukrayna idmançılarının dalaşmasıdan danışdı
13-06-2015, 20:45
"Tam mәsuliyyәtlә deyirik ki, Bakıda Rusiya vә Ukrayna vәtәndaşları arasında toqquşma olmayıb".
APA-nın mәlumatına görә, bu sözlәri gәnclәr vә idman naziri Azad Rәhimov iki ölkənin idmançıları arasında Bakıda dava baş verməsi barədə məlumatlara münasibәt bildirәrkәn deyib.
Nazir bunun şayiә olduğunu bildirib: "Mәn də bu barədə eşitdim. Әvvәl dedilәr, Atlerlәr Kәndindә olub, sonra yemәkxanada baş verdiyi deyildi. Sonra isә küçәdә... Lakin bu mümkün deyil. I Avropa Oyunları böyük dostluğun vә sülhün idman bayramıdır. Ukrayna vә Rusiya tәrәfi dә bәyan etdi ki, belә hal olmayıb. Biz mәsәlәni sona kimi araşdırmışıq".