Azərbaycan ordusu daha bir şəhid verib. Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri Dəvrişov Elvin Etibar oğlu düşmən gülləsindən həyatını itirib. 18 yaşlı Elvinin snayper gülləsinə tuş gəldiyi bildirilir. Elvin Dəvrişov Balakənin Katex kənd sakini olub. Onu doğulduğu yerdə torpağa tapışırıblar.
Xatırladaq ki, Elvin Dəvrişov adlı əsgərimizin həlak olması haqda iyunun 13-ü axşam saatlarında azadliq.info Balakəndəki mənbələrə istinadla xəbər yayışdı. Tanrı rəhmət eləsin!