İŞİD liderinin varisi öldürülüb

25-07-2017, 00:13           

İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib.

Bu məlumatı bazar ertəsi günü “Al-Arabiya” telekanalı yayıb. Əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.

Bir qədər əvvəl ərəb KİV-ləri məlumat vermişdilər ki, əl-Bağdadinin ölümü təsdiqləndiyi halda, onun yerinə İraqın sabiq prezidenti Səddam Hüseyn ordusunun iki keçmiş zabiti – terror iyerarxiyasında yüksək postlar tutan İyyad əl-Obaydi və Ayyad əl-Cumayli iddia edə bilərlər. İyulun 11-də “As-Sumariya” telekanalı Naynava vilayətindəki mənbəyə istinadla məlumat vermişdi ki, İŞİD yaraqlıları başçıları əl-Bağdadinin öldürüldüyünü elan ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama yaymışdı. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya aviasiyası Suriyada İŞİD liderlərinin toplaşdığı komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksək vəzifəli səhra komandirinin öldürüldüyü, əl-Bağdadinin də onların arasında olduğu iddia edilirdi.

İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, hələlik bu xəbərlərin heç biri təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru