Almaniyada su polisi Bremerhaffen şəhərinin limanında lövbər salmış, Panama bayrağı altında quru yük daşıyan 177 metrlik gəmini saxlayıb.
Oxu.Az-ın məlumatına görə, müstəntiqlər gəminin göyərtəsinə qalxanda ekoloji normaların ciddi pozuntusuna yol verildiyini müəyyən ediblər. Belə ki, gəmidə neft tullantıları aşkar olunub. Qanuna əsasən, alman limanlarına belə tullantılarla daxil olmaq qəti qadağandır.
Almaniyanın su polisi cinayət işinə başlayıb və gəminin kapitanını – 53 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Hazırda o, 10 min avro zamin verərək azad olunub.
Quru yükün və azərbaycanlı kapitanın gələcək aqibətini məhkəmə müəyyən edəcək.