Polşa Ukraynaya yeni helikopterlər verib

22-12-2024, 09:19           
Polşa Ukraynaya yeni helikopterlər verib
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, helikopterlər Xarkov Milli Daxili İşlər Universitetində təhsil alan gələcək pilotların hazırlanması və təlimi üçün istifadə olunacaq.

"Bell 412-HP" müxtəlif missiyalar, o cümlədən xilasetmə əməliyyatları, yük və sərnişin daşımaları və hərbi tətbiqlər üçün istifadə edilən çoxməqsədli helikopterdir.


"Mi-8" isə yüklərin, sərnişinlərin daşınması, hərbi əməliyyatlar, tibbi təxliyə və xilasetmə missiyaları üçün istifadə edilən çoxfunksiyalı helikopterdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru