ATƏT Gürcüstandakı seçkiləri tanımadı - ETİRAZLAR BÖYÜYÜR

Bu gün, 09:38           
ATƏT Gürcüstandakı seçkiləri tanımadı - ETİRAZLAR BÖYÜYÜR
Bu gün ATƏT-in müşahidə missiyası Gürcüstandakı seçkilərə dair yekun rəyini açıqladı.

Gununsesi.info xəbər verir ki, rəydə seçkilərin kütləvi pozuntular şəraitində keçirildiyi, demokratik standartlara və ATƏT qarşısındakı öhdəliklərə zidd olduğu vurğulanır. Prosesə birmənalı mənfi rəy verilib.

Siyasi təhlilçi Şahin Cəfərli isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, “Gürcü Arzusu”nun Tramp gəldikdən sonra hər şey düzələcəyinə ümidi var:

“Hökumət ümid edir ki, ABŞ və ümumilikdə Qərblə münasibətlərdəki bütün problemlər tam aradan qalxacaq. Ola bilər ki, bu ümid nəyəsə əsaslanır, amma Konqresdəki respublikaçılar “Gürcü Arzusu”na qarşı kifayət qədər aqressivdir. Məsələn, bu gün Konqresin Helsinki komissiyasının sədri, respublikaçı Co Uilson prezident Zurabişvilini Gürcüstanda yeganə legitim rəsmi şəxs adlandırıb, respublikaçı senator Rocer Uiker isə prezident Baydeni dərhal İvanişvili, Kobaxidze və Kaladzeyə qarşı sanksiya tətbiq etməyə çağırıb.

Konqresdə Gürcüstanla bağlı ikipartiyalı konsensus var və yeni administrasiyanın bu reallığı inkar etməsi asan məsələ deyil. Doğrudur, Trampın ətrafındakı izolyanistlər üçün postsovet məkanı vacib region deyil, onlar ABŞ-ın burada ciddi maraqlarının olmadığını düşünür, hətta bir çoxu bu bölgəni tarixən Rusiya nüfuz dairəsi olaraq görür. Lakin yeni xarici siyasət komandası izolyanistlərdən yox, Konqresdəki ənənəvi xətt tərəfdarlarından formalaşdırılıb.

Digər tərəfdən, indiki Gürcüstan hökumətinin ölkə tarixinin ən iri iqtisadi layihəsi olan Anakliya proyektini ABŞ şirkətindən zorla alıb, Çin dövlət şirkətinə verdiyini Trampın qulağına kimsə pıçıldasa, reaksiyası yəqin ki, müsbət olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.