“Mançester Siti” yenə uduzdu

22-12-2024, 09:14           
“Mançester Siti” yenə uduzdu
İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti” “Aston Villa”nın qonağı olub.

“Villa Park” stadionunda keçirilən görüş “vətəndaşlar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qarşılaşmanın 16-cı dəqiqəsində “Aston Villa”nın heyətində Con Duran hesabı açıb. 65-ci dəqiqədə Morqan Rocers ev sahiblərini hesabda irəli çıxarıb. “Mançester Siti”nin təsəlli qolunu isə 90+3-cü dəqiqədə Fil Foden vurub.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Aston Villa” (28 xal) beşinci pilləyə yüksəlib. Pep Qvardiolanın komandası (27) isə altıncı pilləyə geriləyib.

“Mançester Siti” Premyer Liqada son səkkiz oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə məğlub olub.

Premyer Liqa turnir cədvəlininlideri isə 36 xalla Arne Slotun “Liverpul”udur.//Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru