Tayson Fyuri: "Oğlum məndən onun üzünü dağıtmağımı istədi"

22-12-2024, 09:53           
Tayson Fyuri: "Oğlum məndən onun üzünü dağıtmağımı istədi"
Britaniyalı boksçu Tayson Fyuri bildirib ki, onun beş yaşlı oğlu Adonis ukraynalı Aleksandr Usikin üzünü dağıtmasını istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

"Kiçik oğlum Adonis məndən həmin adamın üzünü dağıtmağı xahiş etdi. O, cəmi beş yaşındadır, amma revanşda onu sərt döyməyimi istəyir", deyə Fyuri açıqlayıb.

Fyuri ilə Usik arasındakı revanş döyüşü 21 dekabrda Səudiyyə Ərəbistanında - "Kingdom Arena"da keçiriləcək.

İki boksçu arasındakı ilk döyüş ukraynalı boksçu Aleksandr Usikin qələbəsi ilə başa çatıb. 2024-cü il 19 may gecəsi keçirilən bu döyüş 12 raund davam edib və hakimlərin bölünmüş qərarı ilə Usik qalib elan edilib. Bu qələbə ilə Usik Fyurinin WBC kəmərini ələ keçirib və öz WBA, IBF və WBO kəmərlərini qoruyub saxlayıb.

Bu məğlubiyyət Fyurinin peşəkar karyerasında ilk olub. O, 35 döyüşdən 34-nü qazanıb (24-ü nokautla). Usik isə 22 döyüşün hamısında qalib gəlib (14-ü nokautla).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru