Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU

22-12-2024, 10:34           
Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU
İki gün əvvəl Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis mayoru Ceyhun Axundov ilə bağlı yeni məlumatlar yayılıb.

TEREF xəbər verir ki, Publika.az-ın məlumatına görə, C.Axundov Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin ehtimala görə, hadisəyə KİA markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatlarını itiriblər.

Faciəli şəkildə həlak olan polis mayorunun fotosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru