İsmayıllıda məktəb direktoru yoxlanır; oğluna isə cinayət işi açılıb - Belə deyirlər...
14-04-2015, 11:42
İsmayıllıda baş verən tükürpədici hadisə ilə bağlı istintaqa müdaxilə var .
Tia.az-a verilən məlumata görə, ötən il rayonun Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğlu Aqşin məktəbli qızı zorlamada ittiham olunub. Direktor oğlunu həbsdən qorumaq naminə istintaqa qeyri-rəsmi müdaxilə edir. Aqşin Məmmədov Bakıda yaşayan və İsmayıllıya qohumunun toyuna ailəsi ilə gələn Fəridə Əliyevanı (ad-soyad şərtidir) gecə qaçıraraq, üç gün gizlədib, ona təcavüz edib. Hadisə toy axşamı baş verib. Ailəsi polisə müraciət etdikdən sonra məktəbli qız tapılıb. Aqşinin evli olduğu bildirilir. Onun uzaqdan bu ailə ilə qohumluğu və məktəbli qızla tanışlığı da olub. Arabir onların Bakıda yaşadığı evə gedib-gəlirmiş. Ancaq qızın ailəsi uzaq qohumun belə bir iş görəcəyini ağlına gətirməyib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda 149.1 maddəsi ilə cinayət işi açılıb. Daha sonra iş Qəbələ Rayon Prokurorluğuna verilib və müstəntiq Elçin Sadıqovun icraatındadır. Məktəb direktoru isə oğlunu qoruyur. Onun direktor kimi fəaliyyətində də nöqsanlar olduğu bildirilir. Təhsil Nazirliyi H.Məmmədovun əməllərini araşdırır.