Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin təfərruatı məlum olub

21-10-2017, 20:50           
Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin təfərruatı məlum olub
Tərtər rayonunda ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərruatı məlum olub.
Qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov "Report"un Qarabağ bürosunun əməkdaşına açıqlamasında deyib ki, qızı 1993-cü il təvvəlüdlü R.Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda unversitetde təhsil alarkən tanış olublar.
Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb: "Qızım həyat yoldaşı Emin Hüseynovla aralarında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını götürüb bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da etdi".
M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib: "Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynovun və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb".
*** 11:55
Tərtər rayonunda həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Bildirilib ki, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.
E.Hüseynov könüllü Tərtər Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.