İraqda mülki şəxsləri öldürən 4 amerikalı həbs edildi

14-04-2015, 21:41           
İraqda mülki şəxsləri öldürən 4 amerikalı həbs edildi
İslamazeri.az-ın "Sputnik" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ xüsusi təhlükəsizlik şirkəti "Blackwater"-in 2007-ci ildə İraqda heç bir əsas olmadan qəsdən atəş açaraq mülki şəxsləri öldürməkdə günahlandırılan 4 keçmiş əməkdaşı, ən azı 30 il həbs cəzasına məhkum edilib. ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən federal məhkəmədə baxılan iddiada hakim Royce Lambert 2014-cü ilin oktaybr ayında hakimlər tərəfindən birinci dərəcəli cinayətdə təqsirli bilinən Nikolas Slattena ömürlük həbs cəzası verib. Hakim Lambert hakimlər tərəfindən qəsdən adam öldürməkdə günahlandırılan digər üç nəfər Pol Sloug, Evans Liberti və Dustin Heardı isə 30 il həbs cəzasına məhkum edib. Müttəhimlər vəkilləri cəzaların dəqiqləşdiyindən sonra etdikləri açıqlamada apellasiya məhkəməsinə gedəcəklərini açıqlayıblar. Slatte, Slough, Liberti və Heard İraqın paytaxtı Bağdadda 2007-ci ilin sentyabrında ABŞ konvoyuna yol açmaq üçün ətrafa atəş açaraq 14 mülki vətəndaşı öldürdükləri, 12-dən çox mülki şəxsi isə yaraladıqları iddiası ilə ittiham olunurdu. Qanlı hadisə İraqda böyük hiddətə səbəb olmuşdu. Müttəhimlərin vəkilləri isə silahlıların hücumuna məruz qalan təhlükəsizlik şirkətinin 4 həmkarının özlərini müdafiə etmək üçün atəş açdığını iddia edirdi. "Balckwater" şirkəti haqqında "Blackwater" özəl təhlükəsizlik şirkəti 1997-ci ildə ABŞ Dəniz Qüvvələri nəzdində Erik Prins tərəfindən yaradılıb. Bağdaddakı ABŞ diplomatlarını qorumaq vəzifəsi tapşırılan şirkət, 16 sentyabr 2007-ci ildə vətəndaşlara silahlı hücumdan sonra dünya ictimaiyyətində ABŞ-a qarşı nifrətin alovlanmasına yol açaraq mətbuatın gündəminə düşdü. Şirkət bu hadisədən sonra adını 2009-cu ildə "Xe Service", 2010-cu ildə isə "Academi" olaraq dəyişdirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.