Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü - Sürücünün ayağı amputasiya edildi

27-10-2017, 20:16           
Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü - Sürücünün ayağı amputasiya edildi
Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya düşüb.
teref.az report-a istinadən xəbər verir ki, hadisə magistralın Ağdaş rayonu, Əmirarx kənd ərazisindən keçən hissəsində baş verib. "İkarus" markalı avtobus "Kamaz" markalı yük maşını ilə toqquşub.

Nəticədə "İkarus"un sürücüsü, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Elşad Məmmədov ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun bir ayağı amputasiya edilib. Qəza nəticəsində daha bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.