Saturnun peykində həyat mövcud ola bilər

11-11-2017, 05:03           

Bir qrup astronom Saturnun peyklərindən biri Enseladada həyat üçün bütün şərtlərin ola biləcəyini müəyyən edib.
Publika.az bildirir ki, aparılan tədqiqatlar göstərib ki, Saturnun peykində hidrotermal fəaliyyət mövcuddur.
Bu proses su ilə peykin nüvəsi arasındakı qabarma sürtünməsi nəticəsində yaranır. Bu isə öz növbəsində mümkün canlı orqanizmləri zəruri enerji ilə təmin etmək gücünə malikdir.
Qeyd edək ki, Enselada peykində 25 kilometrədək buz qatı ilə örtülmüş nəhəng duzlu okean mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.