Nəsiminin icra başçısının diqqətinə: - Ağacı əkmək azdır, ona baxmaq da lazımdır...

19-08-2015, 23:47           
Nəsiminin icra başçısının diqqətinə: - Ağacı əkmək azdır, ona baxmaq da lazımdır...
Bakının Nəsimi rayonunda bir müddət əvvəl açılmış “Heydər məscidi”nin yaxınlığında əkilən şam ağacları boy vermədən quruyub.

Ağaclara lazımi şəkildə qulluq edilməməsi və vaxtında suvarılmaması onların məhvi ilə nəticələnib. Həmin ağaclar Cavadxan küçəsində yol boyunca əkilmişdi.

Virtualaz.org saytının müxbiri yanmış ağacları lentə almışdı. Ağacların fotosu çəkiləndən bir müddət sonra onlar yerindən çıxarıldı. Daha bir müddət sonra isə buradakı qurumuş ağaclar yeniləri ilə əvəz edildi.

Həmin ərazidəki yaşıllıqlara xidmət edən MİS işçilərindən biri müxbirimizə demişdi ki, burada ağacların suvarılmasına imkan və şərait olmadığından onlar quruyub.

Belə şəraitdə yenidən bu ağacları əkmək nəyə xidmət edir? Artıq bir dəfə baxımsızlıqdan qurumuş ağacların “xələf”ini hansı tale gözləyir? Gözləyək..




.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru