Göyçayda ATS yandı

25-02-2018, 20:30           

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində rayonun Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.

Ərəbcəbirli bələdiyyəsinin binasında yerləşən Göyçay Telekommunikasiya Qovşağının kənd üzrə Avtomat Telefon Stansiyasında (ATS) baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı 12 kvadratmetr sahəsi olan otaqda yerləşən elektron ATS aparatı, naqillər, texniki avadanlıqlar yanaraq yararsız hala düşüb. Yanğın səbəbindən Ərəbcəbirli kəndindəki abonentlərə rabitə xidməti dayanıb.

Yanğınsöndürənlər alovun 144 kvadratmetr sahəsi olan bələdiyyə binasının bütün ərazisinə yayılmasının qarşısını alıblar. Hadisənin elektrik naqilində qısa qapanma səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru