Rusiyada mənzildə qumbara partlayıb, ölən və yaralanan var

6-03-2018, 08:20           
Rusiyada mənzildə qumbara partlayıb, ölən və yaralanan var
Rusiyada mənzildə qumbara partlayıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Buryatiyada, Ulan-Ude şəhərində baş verib.

Buryatiyanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəyə səbəb qumbara ilə ehtiyatsız davranma olub.

Bildirilir ki, əvvəllər də ağır cinayətlərə görə məhkum edilmiş şəxslərdən biri mənzildə qumbaranı əlinə götürüb və onunla ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib.

Hadisə zamanı 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi və başvermə şəraiti araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru