Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb - FOTO

7-03-2018, 13:52           
Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb - FOTO
Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı qərar sərnişinlərdən birinin şikayəti əsasında qəbul edilib.

Belə ki, vətəndaş avtobusun sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edib.

BNA-nın ictimai nəqliyyatın tənzimlənməsi şöbəsinin müdiri İlqar İbrahimovun imzası ilə daxil olan cavab məktubda bildirilib ki, 142 nömrəli marşrut üzrə istismar olunan 10-TG-620 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı müraciətə baxılıb: “142 nömrəli marşrutun müvəqqəti istismarçısına adı çəkilən marşrut üzrə xidmət göstərən sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olmaması ilə bağlı müvafiq tədbir görməsi və nəticə barədə agentliyə məlumat verməsi tapşırılıb. Daşıyıcı bildirib ki, marşrut üzrə xidmət göstərən sürücülər və əlaqədar şəxslərlə ümumi iclas keçirilərək təlimatlandırılıb və 10-TG-620 dövlət nömrə nişanlı avtobusun sürücüsü Alıyev Vaqif Qaçay oğlu 15.02.2018-ci il tarixində işdən azad edilib”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru