Azərbaycanda dəhşət - Polis polis yoldaşını öldürüb meyitini yandırdı (Özəl)

18-04-2015, 22:14           
Azərbaycanda dəhşət - Polis polis yoldaşını öldürüb meyitini yandırdı (Özəl)
Azərbaycanda tükürpədiçi cinayət hadisəsi baş verib.

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, İmişli rayonu polis idarəsinin əməkdaşlarından birinin Bakıda yanmış vəziyyətdə meyiti tapılıb.

Məlumata görə, İmişli rayon polis idarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Rabil adlı polis əməkdaşı olan yoldaşı ilə Bakıya gəlib.

Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.

Daha sonra, M. Kazımov gəldiyi Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyidinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M. Kazımova aid olduğunu müəyyən edib.

Əldə olunan məlumata görə, M.Kazımov qətlə yetirildikdən sonra meyiti də yandırılıb.

İmişli polisindən əldə etdiyimiz məlumata görə, onunla Bakıya gələn Rabil adlı polis əməkdaşı hal-hazırda şübhəli şəxs qismində saxlanılıb. Rabil adlı polis əməkdaşının əvvəl verdiyi ifadələrlə təhlükəsizlik kamerasının qeydləri arasında uyğunsuzluq olduğu aşkarlanıb. Hazırda istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.