Ərəb koalisiyası Yəmənin beynəlxalq aeroportuna havadan zərbə endirib

28-08-2018, 07:24           
Ərəb koalisiyası Yəmənin beynəlxalq aeroportuna havadan zərbə endirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənada yerləşən beynəlxalq aeroporta havadan hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, hava zərbələri paytaxtdan şimalda yerləşən hərbi bazanın da payına düşüb.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında silahlı qarşıdurma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru