Azadlıq heykəli yaxınlığında yanğın olub: təxminən 3,4 min insan təxliyə edilib

28-08-2018, 07:31           
Azadlıq heykəli yaxınlığında yanğın olub: təxminən 3,4 min insan təxliyə edilib
ABŞ-da, Liberti adasında yerləşən Azadlıq heykəli yaxınlığında 3 propan balonu yanıb.

Trend-in məlumatına görə, yanğın səbəbindən adadan 3,4 min insan qayıqlara yaxınlıqdakı adaya təxliyə edilib.

İlkin məlumata əsasən, yanğın inşaatçıların səhvindən baş vermiş ola bilər. İnşaatçılardan biri yüngül yanıq xəsarəti alıb. Hadiə ilə bağlı araşdırmaya başlanılıb.

Hazırda yanğın söndürülüb və ada yenidən insanlar üçün açıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru