Ermənistanın İstintaq Komitəsinin bir neçə üzvü həbs edilib

29-08-2018, 07:41           
Ermənistanın İstintaq Komitəsinin bir neçə üzvü həbs edilib
Ermənistanın İstintaq Komitəsinin bir neçə üzvü həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "News.am"a İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar rüşvət almaqda ittiham edilirlər.

Xüsusi İstintaq Xidmətində faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaq zamanı məlum olub ki, İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinin sabiq baş müstəntiqi Tatul Şuşanyan, həmin idarənin keçmiş baş müstəntiqi Araik Nersisyan və idarənin Xüsusi Mühüm İşlər üzrə baş müstəntiqi Artak Ovannisyan öz səlahiyyətlərindən sui-istifadə ediblər.

Bundan başqa, Ovannisyan və Şuşanyan aşkar qanunsuz hərəkətlərin törədilməsinə görə külli miqdarda rüşvət alıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.