Çayda boğulan gənclərlə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA (ÖZƏL-VİDEO)

29-08-2018, 10:00           
Çayda boğulan gənclərlə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA (ÖZƏL-VİDEO)
Dünən xəbər verdiyimiz kimi, Azərbaycanda iki gəncin çayda boğulması ilə bağlı video yayılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə hadisənin Lerik rayonunda baş verdiyi qeyd olunsa da, FHN-dən saytımıza bildirilib ki, dəhşətli olay Daşkəsən rayonunda olub.

Belə ki, rayon ərazisində süni yaradılan "Daşbulaq" gölündə 10 avqust saat 10:35-də bir nəfərin batdığı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə məlumat verilib. Məlumat üzrə əraziyə yaxın olan Aran Dalğıc Qrupunun xilasediciləri göldə xilasetmə əməliyyatına başlayıb. Həmin gün saat 13:15-də 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun cəsədi sudan çıxarılaraq, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Görüntüdə batan şəxsə köməyə gedən gənc isə xoşbəxtlikdən hadisədən ziyansız ötüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru