Qlobal istiləşmə minlərlə balığı “BİŞİRDİ”
31-08-2018, 07:34

Bu yaxınlarda Kaliforniyadakı Malibu körfəzində minlərlə balıq həlak olublar. “Live Science” internet nəşrinin yazdığına görə, balıqların kütləvi qırğının səbəbi anormal istilər nəticəsində suyun temperaturunun balıqlar üçün dözülməz dərəcədə artması olub. Kaliforniya ştatının turizm və milli parklar departamentindən olan ekoloq Kreyq Sep mətbuata müsahibəsində bildirib: “Bu, mənim eşidib-bildiyim olduğum ən irimiqyaslı insidentdir. Körfəzdə və Malibu çayında suyun temperaturu təqribən 28 dərəcə Selsiyə çatıb. Bu isə həmin akvatoriyalarda yaşayan kefal və başqa balıqların davam gətirə biləcəyindən nəzərəçarpacaq dərəcədə artıqdır”.
Alimlərin fikrincə, gələcəkdə, qlobal istiləşmə artdıqca, belə hadisələrin sayı və əhatə elədiyi sahələr artacaq və ölüm hallarının kəskin artmasına səbəb olacaq: yayda artan hər bir dərəcə ölən canlıların sayını 5% artıracaq. Məsələn, ötən il avstraliyalı ekoloqlar bu cür qaynar istilər nəticəində qitənin qərbindəki meşələrdə yaşayan bir neçə min yarasanın “bişməsi” faktını aşkara çıxarmışdılar.
Hurriyyet.org