Messiyə həbs şoku

9-10-2015, 09:42           

Barselonada forma geyinən dünya ulduzu, Argentinalı futbolçu Lionel Messi və atası Jorge Horacio Messi vergidən yayındıqlarına görə məhkəmə qarşısına çıxarılılrlar.

Messi 2007-2009-ci illərdə əldə etdiyi reklam gəlirlərindən vergi ödəməməkdə ittiham olunur. İstintaqı icra edən Barcelonanın Gava mahal məhkəməsi, Lionel Messi və atasına 3 fərqli maddə üzər cinayə işi açıldığını açıqlayıb. Məhkəmə, Lionel Messini 22,5 ay həbs cəzası gözlədiyini bildirib.

Prokurorluq həftənin əvvəlində təqdim etdiyi iddianamədə, pul işlərində bütün məsuliyyətin Jorge Horacio Messinin daşıdığını bildirsə də, İspaniyada dövlət adına iddia açma səlahiyyətinə sahib olan “Abogacia del Estado” (Dövlət vəkilliyi) təşkilatının iddiasını nəzərə alan məkəmə, Lionel Messinin də mühakimə olunmasına qərar verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.