“Qarabağ”ın alban futbolçusu Ansi Aqolli İrəvanda olarkən Azərbaycana mesaj göndərib.
Axar.az xəbər verir ki, Yutub sosial şəbəkəsində yerləşdirilən videoda Ağdam klubunun və Albaniya millisinin üzvü “azərbaycanlılar qardaşımdır” söyləyib.
Həmin kadrlar oktyabrın 12-də keçirilən Ermənistan – Albaniya oyunundan əvvəl çəkilib.
Aqolli İrəvan stadionunda çəkilən bu görüntülərdə deyib: “Bütün Azərbaycan xalqına salam deyirəm. Siz hamınız qardaşsınız”. Həmin görüntülərin əks olunduğu videonu təqdim edirik: