Məhəmməd Salah yeni rekorda imza atdı...

28-04-2019, 09:12           
Məhəmməd Salah yeni rekorda imza atdı...
"Liverpul”un misirli hücumçusu Məhəmməd Salah bu klubun tarixində yeni rekorda imza atıb.

Moderator.az xəbər verir ki, bu haqda Xezerxeber.az klubun saytına istinadla məlumat yayıb.

Premyer Liqanın 36-cı turunda "Haddersfild” komandası ilə oyunda (5:0) dubl edən 26 yaşlı hücumçu klub tarixində ilk 100 oyununda ən çox qol vuran futbolçu olub. O, 100 görüşdə 69 dəfə fərqlənməyi bacarıb. Bundan əvvəl Rocer Hant və Sem Reybould ilk 100 görüşdə 68 dəfə fərqləniblər.

M.Salah 2017-ci ildə İtaliyanın "Roma” klubundan "Liverpul”a transfer olunub. O, cari mövsümdə Liverpul təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru