"Barselona" İspaniya çempionu oldu - VİDEO

28-04-2019, 09:16           
"Barselona" İspaniya çempionu oldu - VİDEO
"Barselona" İspaniya çempionatının 35-ci turunda "Levante"ni qəbul edib.

Qarşılaşma "Kamp Nou" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol 62-ci dəqiqədə vurulub. İkinci hissədə meydana çıxan meydan sahiblərinin hücumçusu Lionel Messi topu rəqib qapısından keçirib.

Bununla da 83 xal toplayan "Barselona" İspaniya çempionu olub. Bu, komandanın ölkə çempionatında 26-cı çempionluğudur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru