"Formula 2" üzrə ikinci yarışa start verildi

28-04-2019, 13:30           
"Formula 2" üzrə ikinci yarışa start verildi
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Musavat.com xəbər ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Ötən gün Formula 2-nin sonuncu sıralama turunda "Carlin" komandasının pilotu Nobuhari Matsuşita birinci olub.

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1 yarışı Azərbaycan paytaxtında 4-cü dəfə keçirilir.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru