Braziliyanın vergi auditi Neymarın əmlakını bloklayıb

30-04-2019, 07:23           
Braziliyanın vergi auditi Neymarın əmlakını bloklayıb
Braziliyanın vergi orqanları ölkənin futbol yığmasının hücumçusu Neymarın əmlakının bir hissəsini bloklayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti oyunçunun vəkili Markus Nedera istinadən bildirib.

"Blok təminat ölçüsü ilə bağlı tədbirdir. Bu, normal təcrübədir. Əmlak əvvəlki kimi sahibinə aiddir", - deyə nəşr hüquqşünasa istinadən bildirib.

Braziliyanın hakimiyyət orqanları milli komandanın hücumçusundan "Santus" klubundan İspaniyanın "Barselona"sına keçid zamanı 69 milyon real (təxminən 17,5 milyon dollar) məbləğində vergi ödənişindən boyun qaçırmasından şübhələnir.

Bununla əlaqədar olaraq futbolçunun ailəsinə aid "Cessna Citation 680" təyyarəsinə, "Eurocopter France 130 B4" vertolyotuna, həmçinin şirkətlərin paylarına həbs qoyulub.

Daha əvvəl "Pari Sen-Jermen"in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında "Renn"ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru